"Dağlıq Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”.
 
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
Problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini xatırladıb.
 
"Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”, - deyə, o, bildirib.

APA