Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla (DUI) birgə etiraz aksiyalarını davam etdirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. A.Hacılının sözlərinə görə, artıq növğəti aksiya ilə bağlı qərar qəbul olunub. İnulun 3-nə təyin olunan aksiya ?Azad seçki?, ?Siyasi məhbuslara azadlıq?, ?Sərbəst toplaşmaq azadlığı təmin edilsin? və digər şüarlar altında keçiriləcək. Bu barədə yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.