Müsavatla DUi-nin aksiyası bazlayıb, saxlanılanlar var(yenilənib2)
Bu gün Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) Bakının Hüseyn Cavid bağında icazəsiz aksiya keçirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə,
Aksiya saat 15.00-a təqyin olunsa da. Bakı polisin bir neçə saat əvvəldən ərazini nəzarətə götürüb. Artıq bəzi fəallar polis tərəfindən saxlanılıb. Belə ki, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Rəşad Əliyevi saxlayaraq Yasamal rayon 26-cı polis bölməsinə aparıblar.
Hazırda metroya giriş və çıxış məhdudlaşdırılıb. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Yasamal rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov, Bakı Metropolitenin rəisi Tağı Əhmədov aksiya keçirilən ərazidədir.
Polis aksiyada Müsavat başqanının müavini Tofiq Yaqublunu saxlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı saxlanılaraq, 26-cı Polis Bölməsinə aparılıb.
Müsavatdan verilən məlumata görə, aksiya zamanı 30-dan çox fəal saxlanılıb.
Bu gün Müsavat Partiyası və DİU-nun ?Elmlər Akademiyası? bağı və Hüseyn Cavid parkı ərazisində birgə keçirdiyi mitinq zamanı həbs olunanların ilkin siyahısı:
1. Arif Hacılı - Müsavat Partiyası İcra Aparatının rəhbəri
2. Tofiq Yaqublu - Müsavat Partiyası Başqanının müavini
3. Rafiq İsmayıl - Sabunçu rayon təşkilatının sədri
4. Hacı İzzət Məmmədli - Cəbrayıl rayon təşkilatının sədri
5. Fəxrəddin Abbas - Sumqayıt şəhər təşkilatının sədri
6. İlqar Mahmudov - Laçın rayon təşkilatının sədri
7. Zakir Məmmədzadə - ? Nizami rayon təşkilatının sədri
8. Mustafa Hacılı ? Xətai rayon təşikilarının sədri, ?Demokrat? qəzetinin baş redaktoru
9. Əli Qasımov ? Nizami rayon təşkilatının sədr müavini
10. Ramiz Xəlilov - Laçın rayon təşkilatının Şura üzvü
11. Kərimxan Zeynalov - Səbail rayon təşkilatının üzvü
12. Əliş Əzizov - Binəqədi rayon təşkilatının üzvü
13. Nurməmməd Xanlarov - Binəqədi rayon təşkilatının üzvü
14. Şahin Şirinov - Binəqədi rayon təşkilatının üzvü
15. Zaur Əkbər - Yasamal rayon təşkilatının üzvü
16. Elçin Səlimov ? Müsavat Partiyasının fəalı
17. Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının sədri
18. Əhəd Məmmədli ? Müsavat Gənclər Təşkilatının sədr müavini
19. Səxavət Soltanlı - Müsavat Gənclər Təşkilatının üzvü
20. Rəşad Əliyev - Müsavat Gənclər Təşkilatının üzvü
21. Rüfət Hacıbəyli - Müsavat Gənclər Təşkilatının üzvü
22. Zaur Şirinli - Müsavat Gənclər Təşkilatının üzvü
23. Mürşüd Şahvələdov - Müsavat Gənclər Təşkilatının üzvü
24. Ramin Baxış - Müsavat Gənclər Təşkilatının üzvü
25. Tural Soltan - Müsavat Gənclər Təşkilatının üzvü
26. Xanəli Eynulla ? Milli Qurtuluş Partiyası Gənclər Təşkilatının sədri
27. Musa Əhmədzadə - Milli Qurtuluş Partiyası Siyasi Şurasının üzvü
28. Əbülfəz Qurbanlı ? Xalq Cəbhəsi Gənclər Komitəsinin sədri
29. Ramazan Dağdələn ? türk vətəndaşı
30. Elmin Bədəlov ? jurnalist
Digər həbs olunanların adı dəqiqləşdirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51