Tanınmış jurnalist, "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevə ağır itki üz verib.
Mia.az xəbər verir ki, anası qəfildən rəhmətə gedib.
Baş redaktor feysbukda yazıb ki, səhər durub onun 8 Mart bayramını təbrikə gedəcəkmiş, amma ölüm xəbərini alıb:
"Səhərin açılmasını gözləyirdim ki, təbrik edim. Hədiyyəsi də hazır idi. Ancaq onun üçün bu səhər açılmadı. Anam rəhmətə getdi”.
Allah rəhmət eləsin!