Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi”nin açılışı olub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.