Martın 5-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gedib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.