?Azadlıq? bloku etiraz aksiyasını bazlayıb, 60-dan çox etirazçı saxlanılıb (yenilənib)
Bu gün ?Azadlıq? bloku növbəti aksiyasını keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, blok fəallırı saat 15,00-da Nizaminin heykəli önündə ?Azadlıq?, ?Azad seçki? şüarları səsləndiriblər. 40-a yaxın aksiya iştirakçısı şüarlar səsləndirərək Bakı şəhər İcra Hakimiyyətinin qarşısına doğru hərəkət etdilər.
Lakin aksiya başlamamışdan ərazini nəzarətə götürən polis əməkdaşları müdaxilə etdi. Etirazçıları saxlayaraq zorla maşınlara mindirdilər. AXCP fəallarından birinin verdiyi məlumata görə, bir avtobus aksiyası Qobustan istiqamətinə aparılır.
Aksiyada 60-dan çox etirazçının saxlanıldığı bildirilir. Saxlanılanlar arasında AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı da var.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08