Xanhüseyn Kazımlı Seçki Məcəlləsinə edilən dəyiziklikləri dəstəkləyir
?Seçki Məcəlləsinə edilən dəyişikliklər müsbətdir. Belə dəyişikliklər göstərir ki, Azərbaycanda seçki praktikası ildən ilə təkmilləşir?. Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.
X.Kazımlı bildirib ki, beynəlxalq təcrübəyə əsaslanan bu dəyişikliklər ölkəmizdə seçkilərin daha azad və şəffaf keçirilməsinə öz töhfəsini verəcək.
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyətinin bu dəyişiklikləri dəstəklədiyini deyən ASRP sədrinin sözlərinə görə, parlamentin qəbul etdiyi qərarın düzgünlüyünü zaman sübut edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51