DUi kütləvi aksiyaların davam etdirilməsinə qərar verib
Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.
DUİ SŞ-da 12 iyun aksiyasının nəticələri müzakirə edilərək qərara alınıb ki, kütləvi aksiyalar davam etdirilməsi məqsədəuyğun hesab edilsin.
DUİ SŞ 24 iyun 2010-cu il tarixində saat 10.00-da Türklük günü münasibətilə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etmək, saat 12.00-da KXCP-nin qərargahında anım tədbirin keçirilməsinə qərar verib.
Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak etmişdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51