Sumqayıtda kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı problem yaranıb
Sumqayıt şəhərində narazılıq yaranıb. Müstəqil İnformasiya Agentliyinə müraciət edən sakinlərin verdiyi məlumata görə, bu gün şəhərdə kommunal xidmət haqlarını ödəmək mümkün deyil.
Belə ki, işıq, qaz və su pulunu ödəmək istəyən Sumqayıt sakinləri şəhərdə fəaliyyət göstərən banklarda, poçt məntəqələrində pul köçürə bilmirlər. Sakinləri poçt məntəqələri banklara, banklar isə poçt məntəqələrinə göndərir. MİA-ya məlumat verən Sumqayıt sakini onu da bildirib ki, hazırda bank və poçt məntəqələrinin qarşısında xeyli insan toplaşıb. Qeyd edək ki, ödəniş edə bilməyən bəzi sakinlərə qaz və işıq təchizatının dayandırılması ilə bağlı xəbərdarlıq da edilib. Ödənişin qəbul olunmaması da bu səbəbdən daha ciddi narazılığa səbəb olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19