Mia.az-a daxil olan məlumata görə, MMC-nin direktoru Əliheybət Şirinov maliyyə naziri Samir Şərifovun yaxın adamıdır. Yəni onun himayəsi altında böyük dövlət layihələrindən pay alır.
Bu barədə bizi bilgilərndirən şəxs deyib ki, həmin MMC-nin dövlətin sifarişini həyata keçirən əsas şirkətlərdən biridir. Təbii ki, bütün bunlar Ə.Şirinovun maliyyə nazirilə yaxın olması ilə bağlıdır.
"Nazirin dəstək olması Əliheybət Şirinovun əl-qolunun hər tərəfə uzanmasına şərait yaradıb.
Maliyyə Nazirliyinin binasının təmirini də bu şirkət həyata keçirib.
Bundan əlavə, Samir Şərifovun dəstəyi ilə Əliheybət Şirinovun şirkəti "Qaçqınkom”un da sifarişlərini həyata keçirib. Yəni, bu şəxs hər zaman önəmli və böyük həcmli dövlət layihələrini icra edib.
Maliyyə naziri tərəfindən himayə olunduğu üçün də özünü həddindən artıq rahat hiss edib. Elə bu rahatlıqla da Mikayıl Müşfiqin abidəsinin sökülməsi barədə qərar verib. Amma məsələnin böyüməsi onu hədəfə çevirsə də, Samir Şərifovun dəstəyi ilə bu prosesdən daha az zərərlə çıxa bilib”, - deyə müshibimiz fikrini tamamlayıb.
Mia.az