Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda ?Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında? qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
Komitənin sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqında məlumat verərək bildirib ki, sənədə birinci oxunuşdan sonra hər hansı dəyişikliklər edilməyib. Qanun layihəsi ikinci oxunuşa tam hazırdır.
Daha sonra ?Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında? Müqavilənin təsdiq edilməsi məsələsinə baxılıb.
Müzakirələrdən sonra hər iki sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51