Azərbaycan Baş Prokurorluğunda kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Tariyel Qurbanov Qaradağ, Dürhəsən İmanov isə Nərimanov rayon prokuroru vəzifəsindən çıxarılıblar. Adıçəkilən şəxslərin səlahiyyət müddəti başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.