Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Dövlət başçısını Sankt-Peterburq şəhərinin "Pulkovo" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşılayıblar. Qeyd edək ki, səfərin məqsədi iyunun 17-19-da keçiriləcək 14-cü Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməkdir.