"Azadlıq" qəzetinin əməkdaşı Natiq Güləhmədoğluna küçədə hücum ediblər. Hücum edən də, Natiq Güləhmədoğlu da hazırda Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsindədirlər. Xatırladaq ki, Natiq Güləhmədoğlu həm də iyun ayının 19-a etiraz aksiyası təşkil etmiş AXCP-nin Ali Məclis üzvüdür. "Azadlıq" qəzetinin Baş redaktoru Qənimət Zahidin verdiyi məlumata görə, işə gəlmək üçün dayanacaqda avtobus gözləyən N.Güləhmədoğlu altında dayandığı ağacın yarpaqları ilə oynayırmış: ?Birdən onun yanına bir nəfər gəlib və jurnalistə ?sən bu ağacı niyə sındırırsan? deyib. Onların arasında mübahisə baş verib. Nəticədə həmin şəxs jurnalisti möhkəm döyüb?. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov axar.az-a bildirib ki, baş vermiş hadisə ilə bağlı hələlik onlarda heç bir məlumat yoxdur.