Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.
Saytın xəbərinə görə, istefaya göndərilmiş daha bir general da DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur.
Məlumatda o da bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsinin yol polisi üzrə rəis müavini postu ləğv edilib və onun yerində yeni vəzifə-Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub.