Prezident İlham Əliyev "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin bir qrup işçilərinin təltif edilməsi barədə sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əliyev Ziyəddin İsmayıl oğlu və Qasımov Əflatun Allahyar oğluna "Əməkdar mühəndis” fəxri adı verilib.
Prezident İlham Əliyevin sərəncamı ilə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçiləri "Tərəqqi” medalı ilə təltif edilib.
Sərəncama əsasən, Azadəliyev Azadəli Kəlbəli oğlu, Babayev Eldar Mirvanoviç, Çıraqov Nizami Qəfər oğlu, Əhmədov Şahin Əhməd oğlu, Əmirova Xatiban Balasan qızı, Hacıyev Ələddin Əli oğlu, Hüseynov Yaşar Hüseyn oğlu, İsmayılov Səftər Tofiq oğlu, Qafarov Firdovsi Cümşüd oğlu, Qəniyev Dilqəm Seyfəddin oğlu, Quliyev Zakir İbrahim oğlu, Məhərrəmov Elxan Məmmədağa oğlu, Məmmədov Faiq Fazil oğlu, Paşayev Mübariz Vəliş oğlu, Şükürov Tahir Rəşid oğlu, Tağıyev Tağı Sultan oğlu, Zamanov Nizami Zaman oğlu təltif olunublar.