Hadisə şahidlərinin Mia.az-a verdiyi məlumata görə, yanğın binanın işıq şitində baş verib. Nəticədə tüstü 12 mərtətəbəli binanın bütün blokunu bürüyüb: "Kəskin tüstü blokdan evlərə dolduğundan sakinlər balkona çıxıb, uca səslə kömək istəyiblər".
Şahidlərin verdiyi məlumata görə, əraziyə dərhal FHN-nin yanğınsöndürənləri gəlib, binaya gələn elektrik xətləri ayrılıb. Bundan sonra yanğın lokallaşdırılaraq nəzarətə götürülüb: "Hadisə nəticəsində xəsarət alan olmayıb".
***
Saat 23.00-a olan məlumata görə, yanğının qarşısı tam alınıb. Ancaq blok və mənzillərə kəskin qoxulu tüstü daxil olduğundan hələ sakinlərin çoxu balkondan mənzillərinə daxil ola və ya binanı tərk edə bilmirlər: "Yəqin ki, yaxın 15-20 dəqiqəyə bu problem də aradan qaldırılacaq. Xoşbəxtlikdən heç kim xəsarət almayıb".
***
23.22-yə olan məlumata görə, yaşayış binasında həyat qaydasına düşüb.
Mia.az