Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən faktı təsdiqləyiblər.