Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel ilə görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ə.Temirxan bildirib ki, görüşdə Azərbaycandakı daxili ictimai-siyasi vəziyyət müzakirə olunub. Əvəz bəy deyib ki, görüş zamanı seçkiqabağı mühitin hüquq gərginliyindən danışıb: ?Azərbaycan Liberal Partiyasına, AXCP və VİP-ə digər müxalifət partiyalara, onların üzvlərinə olan təpkilərdən danışdım. Seçkiqabağı mühitin, seçki qanunvericiliyinin demokratikləşməsi zərurətini haqqında fikir mübadiləsi apardıq. O cümlədən komissiyalarının tərkibini paritet əsasda, kompramis variantda formalaşması ilə bağlı yeni təkliflər irəli sürdüm?. ALP yetikilisi diplomata ALP-nin qərargah problemi ilə bağlı narazılıqlarını çatdırıb. RƏHİLƏ MANAFOVA