Bu gün Prezident İlham Əliyev daha bir qanuna dəyişik edən fərman verib.
Mia.az xəbər verir ki, fərmana əsasən, "Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 638 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1110) aşağıdakı dəyişikliklər edilib:
1. 4-cü hissədə "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”da dəyişikliklər təsdiq edilsin.