Elmar Məmmədyarov BƏƏ xarici izlər nazirinin müavini ilə görüzüb
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Tariq Hidanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, qonaq hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk toplantısında iştirakından məmnunluğunu bildirib.
O, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. E.Məmmədyarov isə Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin enerji istehsalçısı olduğunu nəzərə alaraq bu sahədə təcrübə mübadiləsinə, xüsusilə enerji ehtiyatlarının düzgün istismarı, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı və neft gəlirlərinin istifadə edilməsi təcrübəsinin öyrənilməsində xüsusi marağın olduğunu diqqətə çatdırıb.
Sonra tərəflər bir sıra ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.
.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08