Azərbaycan Baz Prokurorluğunda struktur dəyizikliyi edilib
Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin tərkibində Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə dövlət ittihamının müdafiəsi üzrə şöbə yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata şöbə ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluq üzrə müvafiq əmrlə yaradılıb.
Baş Prokurorluq üzrə digər əmrlə Mircavan Rza oğlu Kazımov həmin şöbəyə rəis vəzifəsinə təyin edilib. M.Kazımov 1986-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən etibarən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08