Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib:

"Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir".

Mia.az Müdafiə Nazirliyinə istinadən düşmənin diversiya qrupunun məhv edilmə anını da təqdim edir: