Rusiyanın Bakıdakı səfirliyi bloqqer Aleksandr Lapşinlə görüş üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) sorğu göndərilib.
Bu barədə Rusiya səfirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib.