Azərbaycan Nazirlər Kabineti baş nazir Artur Rəsizadənin imzası ilə ?İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında? Qərar qəbul edib. Qurumun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alın ki, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2010-cu il 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilsin. Beləliklə də iyunun 13-ü, 14-ü və 15-i qeyri-iş günü olacaq.