Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda MSK sədrinin müavini postuna Məclisin qərarı ilə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq MSK üzvü seçilən Şaittin Əliyevin namizədliyi irəli sürülüb. MSK üzvləri Ş.Əliyevin MSK sədrinin müavini olmasına yekdilliklə səs veriblər. Ş. Əliyev ona göstərilən etimada görə, MSK üzvlərinə təşəkkürünü bildirib.