Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Xalid Səməd oğlu İsgəndərov vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bunu Muxtar Respublikanın rəsmi mətbu orqanı "Şərq qapısı” qəzeti yayıb.

Qəzetin bildirdiyinə görə, nazir Ali Məclisin sədri Vasif Talıbovun  6  fevral 2017- ci il tarixli Sərəncamı ilə istefaya getməli olub.

 Onun yerinə indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının  Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində işləyən Səbuhi Hidayət oğlu Məmmədov gətirilib.