Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya "Əməkdar hüquqşünas” fəxri adı verilib.

Qeyd edək ki, S.Həsənova Ədliyyə naziri ( 1995 - 2000),  Ali Məhkəmənin sədri (2000 - 2005) vəzifələrində işləyib. O, 2005-ci ildən bu günədək Konstitusiya Məhkəməsinin hakimidir.

Mia.az