Azərbaycanda gömrük bəyannamələri elektron formada qəbul ediləcək.

Mia.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən gömrük bəyannamələri haqqında məlumatın verilməsi Dövlət Gömrük Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısına daxil edilib.