Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib.

Mia.az xəbər verir ki, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Bundan əlavə, Nazirliyin departamentlərindən birində də dəyişiklik olub.

Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktoru olub. Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.