"Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı açıqlamada bildirib.
Nazirlik əlavə edib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib:
"Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil".