Bu gün saat 24-00-dan sonra respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin qiymətində yenidən bahalaşmanın olacağı gözlənilir.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, hazırda "Aİ-95” premium markalı benzinin bir litrinin qiyməti 1,05 AZN, "Aİ-98” isə 1.10 AZN təşkil edir:
"Hər iki növ benzinin qiyməti sabahdan etibarən, 10 qəpik bahalaşacaq. Yəni "Premium” 1.15 AZN-ə, "Super” isə 1.20 AZN-ə satılacaq".
Xaricdən idxal edilən bu növ benizinlərin qiymətindəki son artım bu ilin 13 yanvarında müşahidə edilib.
Sayt bildirir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92” markalı benzinə şamil olunmayacaq. Yəni istər "Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Mia.az