Bu gün saat 5 radələrində ABŞ-ın müdafiə naziri Robert Qeyts Azərbaycana səfərə gəlib. Onun səfəri ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin açıqladığı məlumata görə, səfər çərçivəsində Robert Qeytsin prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşləri planlaşdırılıb. Səfirliyin yaydığı məlumata görə, Qeytsin səfərinin əsas məqsədi Azərbaycana Əfqanıstandakı sülhməramlı qüvvələrə dəstəyinə görə minnətdarlığını bildirməkdən ibarətdir.