Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün daha bir təyinata imza atıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, nazirin əmrinə əsasən, Nəriman Salmanov Sumqayıt Telefon Qovşağının rəisi təyin edilib.

Məlumata görə, bu gün Sumqayıtda vətəndaşları qəbul edən nazir Ramin Quluzadə, həm də yeni rəis M.Salmanovu kollektivə təqdim edib.

Qeyd edək ki, N.Salmanov bu günədək Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində çalışıb.

Qovşağın rəisi vəzifəsini bu gündək icra edən "Aztelekom"un baş mütəxəssisi İqbal Yusifov isə əvvəlki iş yerinə qaytarılıb.

Mia.az