Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Venesiyada ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovla (Rusiya) görüşüb. İyunun 4-də keçirilmiş görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ danışıqlarının hazırkı vəziyyəti və yenilənmiş Madrid prinsipləri ilə bağlı müzakirələr aparılıb.