Azərbaycanda hərbi hissədə əsgər ölüb. Bu barədə əsgərin əmisi oğlu Rasim Nuriyev məlumat verib. 2009-cu ildə Kürdəmir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan İlqar Vətən oğlu Nuriyev Müdafiə Nazirliyinin Beyləqanda yerləşən ?N? saylı hərbi hissəsində güllə yarasından ölüb. Əsgərin boğazından dəyən güllə onun baş nahiyəsindən çıxıb. Mərhumun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib. R.Nuriyevin sözlərinə görə, ekspertizanın rəyində göstərilib ki, İ.Nuriyev boğazından aldığı güllə yarasından dünyasını dəyişib(anspress). Mərhumun əmisi oğlu bildirib ki, onlar İlqarla iyunun 3-ü axşam saat 11 radələrində danışsalar da, ondan hər-hansısa bir narazıçılıq eşitməyiblər. Füzuli rayon hərbi prokurorunun böyük köməkçisi Məhərrəm Əliyev ANS PRESS-ə faktı təsdiqləyərək bildirib ki, hadisə iyunun 1-dən 2-nə keçən gecə saat 01 radələrində baş verib. Hadisənin səbəbləri Hərbi Prokurorluq tərəfindən araşdırılır.