Bu gün Bakının Nardaran kəndində İmam Hüseyn meydanında etiraz aksiyası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya Qəzzaya humanitar yardım aparan Türkiyə gəmisinə İsrail əsgərlərinin silahlı hücumuna etiraz əlaməti olaraq keçirilib. Aksiyada çıxış edənlər İsrailin bu hərəkini pisləyib və bunun üçün cavab verməli olduqlarını bildiriblər. ?İsrailə ölüm!?, ?Amerikaya ölüm!?, ?Azərbaycan bir olsun, Türkiyəyə dəstək olsun!?, ?Azərbaycan oyaqdır, Türkiyəyə, Fələstinə dayaqdır!? şüarları səsləndirilib. Aksiyanın sonunda İsrail, ABŞ, Fransa və Ermənistan bayraqları yandırılıb.