Bakının Nardaran kəndində mitinq keçiriləcək. Kənd Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimovun verdiyi məlumata görə, sabah saat 15.00-da ?İmam Hüseyn? meydanında keçiriləcək mitinq zamanı ?Azadlıq donanması?na qoşulan ölkələrə və Türkiyəyə dəstək nümayiş etdiriləcək. Onun sözlərinə görə, mitinqdə İsrailə və onu dəstəkləyən ölkələr əleyhinə şüarlar səsləndiriləcək. M.Kərimov deyir ki, aksiyada dünya müsəlmanları birliyə çağırılacaq. Bundan əlavə, Azərbaycan hökumətindən İsraillə bütün əlaqələrin kəsilməsi tələb olunacaq. Aksiya təşkilatçıları onu da bildirib ki, mitinqdə ABŞ-la İsrailin bayraqları yandırılacaq.