Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.