Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşıb.

Mia.az xəbər verir ki, "AI-95 Premium" benzinin qiyməti 0,95 AZN-dən 1,05 AZN-ə qaldırılıb.

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92” markalı benzinə şamil edilməyib.

"AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.93 AZN olub.

"AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.