Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 1 gün uzadılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissyasının mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu 1 iyun 2010-cu il saat 17-dək aparılacaq. Abituriyentlər internet vasitəsilə elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri qeyd olunan vaxtadək müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirə bilərlər.