Vəkil Adəm Məmmədov prezidentin sabiq köməkçisi Taryel Ağayevlə bağlı haqda maraqlı açıqlamalar verib.

Mia.az xəbər verir ki,  o, "Facebook"dakı səhifəsində belə bir sensasion məlumat paylaşıb:

"Bu yaxınlarda bir səs-küylü iş üzrə müqavilə bağladım. Prezidentin köməkçisi vəzifəsində işləyən Taryel Ağayevin özü və ailə üzvləri  "Dekabank” ASC-nin sahibidirlər. Həmin bankın uzun müddət idarə heyyətinin sədri olmuş Niyazi Vəliyev, yaxın qohumu Taryel Ağayevin sifarişi əsasında həbs olunmaq təhlükəsi ilə üz-üzə qalmışdır. 

Hüquqlarını müdafiə etdiyim Niyazi Vəliyev, Taryel Ağayevin yaxın qohumu (qaynı oğlu) olduğuna görə bir çox məsələlərdən məlumatlıdır. Bu səbəbdən də, tərəfimizdən ilginc açıqlamalar veriləcəkdir.

T. Ağayev öz qızı, yəni "Dekabank” ASC-nin Müşahidə şurasının sədri Sürəyya Ağayevanı sudan quru çıxartmaq üçün yaxın qohumunu "rasxoda” verməyə çalışır”.

Xatırladaq ki, T.Ağayev mərhum prezident Heydər Əliyevin uzun illər köməkçisi olub. Onun hazırda da Prezident Administrasiyasında vəzifə daşıdığı bildirilir.

Mia.az