"Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır".

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu” agentliyinə müsahibəsində deyib. 

O bildirib ki, Qafqazda yaradılmış üçlü mexanizmlər uğurlu şəkildə davam etdirilir. 

Türkiyəli nazirin  sözlərinə görə, Türkiyə Azərbaycanla birlikdə Qazaxıstanla da üçlü mexanizm formalaşdırmağı düşünür. 

APA