Yeni ilin ilk saatlarında İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»da 39 nəfərin ölümü, 65 nəfərin yaralandığı terror aktı ilə bağlı Rusiya prezidenti Putin Ərdoğana zəng edib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya lideri terrorda ölənlərlə bağlı Türkiyə xalqına və Ərdoğana başsağlığı verib.
Qeyd edək ki, ABŞ prezidenti Obama da Ərdoğana zəng edərək, başsağlığı verib.
Mia.az