Bu gün Azərbaycan Ordusu düşmənə daha bir zərbə endirib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib.