Milli Məclisin deputatı Qənirə Paşayeva ?X Doha Forumu?nda iştirak etmək üçün mayın 29-da Qətərə gedəcək. Forum Qətər dövlətinin Xarici İşlər Nazirliyi, Qətər Universitetinin İctimai, İqtisadi Tədqiqatlar Mərkəzi və ölkənin İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Müstəqil İmformasiya Agentliyinin xəbərinə görə, beynəlxalq dialoqa həsr olunmuş tədbirdə iqtisadi, sosial, humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Milli Məclisin deputatı forumda çıxış edərək tədbir iştirakçılarına Azərbaycandakı ictimai-siyasi vəziyyət, iqtisadi inkişaf, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumat verəcək. Səfər çərçivəsində Q.Paşayeva tədbirdə iştirak edən nümayəndə heyətlərinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Səfər iyunun 4-də başa çatacaq.