Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş döyüşçülərə borclu olduğu barədə xəbər vermişdik.
Nazirlikdən yaranan borcun keçmiş nazir Fizuli Ələkbərovun vaxtında yarandığı bildirilsə də, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, II qrup müharibəsi əlili Xaqani RzaquliyevModern.az-a həmin şirkətin hazırki nazir Səlim Müslümova məxsus olduğunu sübut edən sənədlərin surətini təqdim edib.
X.Rzaquliyev bildirib ki, təmir işlərinə görə smeta dəyəri 8 milyon 750 min manat olan obyektin hamıya borcu var:
"Bir neçə il əvvəl halal yolla öz yaşayışımızı təmin etmək üçün müharibə əlilləri ilə birgə müəssisə yaratdıq. Monopolistlərin bu sektora üz tutmasından sonra müəssisəni bağlayıb inşaat qrupu kimi fəaliyyət göstərməyə başladıq.
2013-cü ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protezləşdirmə və Ortopedik Mərkəzdə aparılan əsaslı təmir işlərində özünü "Bazis İnşaat”MMC-nin subpodratıçısı və nümayəndəsi kimi təqdim edən Vahid və Rüfət Əliyevlərlə Stasionar korpusun təmir işlərini görməyə razılaşdıq.
İş həcmlərinə uyğun hər ayın sonunda hesablaşma aparılırdı.İşçilərin şəxsiyyət vəsiqəsinin surəti alınmışdı və təhlükəsizlik kitabına imzalar atırdıq. Lakin seçkilər ərəfəsində ödənişlərdə problem yarandı. Mal –materiala görə 25 min manat, əmək haqqına görə isə 47 min manat borc yığılmışdı. Borcu tələb etdik. Bizə ödənişlərin ediləcəyi barədə notarial sənədlər və aktlar təqdim olundu”.
Keçmiş döyüşçü deyir ki, yeni nazir Səlim Müslümovun gəlişindən sonra dəfələrlə yoxlama və təftişlər aparıldı:
"6 dəfə bu təftişlərdə iştirak etmişik və qrupumuzun üzvlərindən olan briqadir. müharibə veteranı Fədai Əliyev bu aktları imzalayıb. Heç bir əskyimiz çıxmadığını hamı bilir. MMC rəhbərliyi işin davam edəcəyi təqdirdə bizə çatacaq vəsaitin ödənəcəyinə söz verdilər. 2015-ci ilin oktyabrınadək hissələrlə 13 min manat ödənildi. Material borcuna görə isə Əliyev Vahid (hazırda həbsdədir) 5 min manat vəsait ödədi. Bizə olan borc mal-materiala görə 20 min manat, əmək haqqına görə isə 34 min manat ödənilməmiş qaldı. Bizə nazirliyin pul ödəməməsini səbəb göstərdilər. Sonda isə müəssisənin və obyektin əl dəyişdiyini bildirdilər”.
Əlacsız qalan işçilər bundan sonra Əmək Müfəttişliyinə və nazirliyə məktub ünvanlayaraq kömək istəyiblər:
"Onlar mal-materiala görə borcu deyil, əmək haqqını araşdırsalar da konkret bir kömək göstərmədilər. Nəhayət iki dəfə nazir Səlim Müslmovun qəbuluna düşüb problemimizi çatdırdıq. Nazir bizi qayğıyla dinləyib kömək edilməsi üçün tapşırıqlar verdi. Lakin may ayından gedib-gəldiyimiz Əmək Müfəttişliyində "büdcə açılmayıb” cavabını noyabr ayınadək dinlədik. Artıq işçilər mənim təkrarladığım bu yalana şübhə ilə yanaşmağa başladılar. Ona görə də yenidən bu məsələnin ictimailəşdirilməsini qərara aldıq. Çünki keçmiş komanda ilə 4 milyon 500 min manatın hesabını kəsən yeni komanda bu obyektdə işləmiş işçiləri adam yerinə qoymadılar”.
X.Rzaquliyev nəzərdə tutulan piketlə bağlı nazirlikdən xəbərdarlıq aldıqlarını vurğulayıb:

