Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İrandan gələn rəsmi heyəti qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Prezident İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, müzakirələr aparılıb.