Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154” tipli təyyarəsində 8 heyət üzvü və 84 sərnişin olub.

Bundan öncə təyyarədə 91 nəfər deyil, 92 nəfərin olduğu barədə "Rossiya 24” telekanalı məlumat yayıb.


****

Qara dənizdə Rusiyanın qəzaya uğramış "Tu-154" təyyarəsinin qalıqları tapılıb.

Bu barədə Rusiya Müdafiə Naziiliyinin mətbuat xidmətinin məlumatında bildirilir. "Soçi şəhərinin Qara dəniz sahillərindən 1,5 km aralıda, dənizin 50-70 metr dərinliyində Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin gövdəsinin qalıqları aşkar edilib", - deyə məlumatda bildirilir.


****

10.30

Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi "Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.

***

08:32

Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə , təyyarədə 70-ə qədər insan olub.

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş. Təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.